
Zaxarova: "Ermənistanın informasiya məkanı Rusiyanı mənfi işıqlandırmaya meyllidir"
Ermənistan mətbuatı son vaxtlar Rusiya ilə bağlı mənfi məlumatlar yayır, bu tendensiya heç bir ölkəni qane etmir.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Hesab edirəm ki, Ermənistanın informasiya məkanında son vaxtlar güclənən Rusiya haqqında birtərəfli, neqativ məlumatların yayılması tendensiyası nə sizi, nə də bizi qane edə bilməz. Bu, həqiqətə uyğun deyil. Şübhəsiz ki, bu, Rusiya və Ermənistan arasında ənənəvi dostluq münasibətinə ziddir”, – diplomat Rusiya Xarici İşlər Nazirliyinin Teleqram kanalında yayımlanan videomüraciətində söyləyib.

















