Zelenski bu ay ABŞ-a səfər edəcək

image-trump-zelenskiy-reuters-2333451backend

Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırlanan sülh planı ilə bağlı prezident Donald Trampla görüşmək üçün ABŞ-a gedəcək.

Busaat.az  xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov açıqlama verib.

Umerov, ABŞ Prezidenti Trampın müharibəni bitirmək üçün göstərdiyi qətiyyətli səyləri təqdir etdiyini vurğulayaraq qeyd edib:

“Cenevrə danışıqlarında razılaşmanın əsas şərtləri ilə bağlı ortaq anlaşma əldə edildi. İndi atacağımız növbəti addımlarda avropalı tərəfdaşlarımızın dəstəyinə ümid edirik. Zelenskinin ABŞ-a səfərini səbirsizliklə gözləyirik. Bu ayın sonunda Trampla yekun razılaşmanın əldə olunması üçün ən əlverişli tarixdə olacağıq”.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki