Zelenski Ukrayna şəhərlərini Xirosimaya bənzətdi

image-1678308488_230307170636-video-thumbnail-zelensky-blitzer-intvbackend

Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Liderlər Zirvəsinə qəfil səfər edən Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyanın baş naziri Fumio Kişida ilə birlikdə atom bombası faciəsinin şahidi olan Xirosimadakı Sülh Memorial Parkını ziyarət edib.

Busaat.az xəbər verir ki, Memorial Parkda çıxış edən Zelenski Rusiyanın ələ keçirdiyi torpaqları geri almaq əzmində olduqlarını vurğulayıb:

“Düşmən qeyri-nüvə silahlarından istifadə etsə də, rus bombaları və artilleriyaları ilə dağıdılan şəhərlərimiz bizə Xirosimanın xarabaya çevrilmiş mənzərəsini əks etdirən şəkillərini xatırladır”.

Rusiyanın Baxmut şəhərini ələ keçirdiyi iddiasını rədd edən Zelenski atom bombasının hədəfi olan Xirosimanın bu gün “canlı görünən müasir şəhər” olduğunu bildirib və Baxmut şəhərinin gələcəkdə yenidən qurulacağına söz verib.

Moskvanın hərbi cinayətlər törətdiyini əsas gətirən Zelenski qeyd edib: “Biz bu qədər cəsarətli olmasaydıq, Rusiyanın bizə qarşı soyqırımı uğurlu olardı. Hazırda Rusiya əsarətində olan insanlarımızı geri qaytarmağı xəyal edirik. Bunlar məhbuslardır. Müharibədən, mülki vətəndaşlardan, sürgün edilən böyüklərdən və qaçırılan uşaqlardan bəhs edirəm. Biz qalib gəlməyi xəyal edirik. Qələbəmizdən sonra sülh arzulayırıq”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90