“Zəngəzur dəhlizi”ndə manevr: Azərbaycan tələblər qoyacaq

image-48backend

“Azərbaycan Zəngəzur dəhlizi məsələsini öz strateji məqsəd və niyyətlərinin irəlilədilməsi, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında olan bağlantıların qurulması baxımından önəmli hesab edir. Həmin bağlantılarla Azərbaycan öz yeri və geosiyasi mövqeyini möhkəmlədərək, Rusiya Qərb və Çin arasındakı rəqabətdə mühüm bir oyunçu kimi öz qabiliyyətini nümayiş etdirəcək”.

Bunu Busaat.az-a analitik Aqşin Kərimov Zəngəzur dəhlizi məsələsinin sülh gündəliyi müqaviməsindən çıxarılması barədə danışarkən deyib.

Obub sözlərinə görə, Azərbaycan qlobal güclər arasında olan rəqabət fonunda Zəngəzur dəhlizinin açılmasını gündəliyindən çıxara bilməz. Müsahibimiz bildirib ki, sadəcə prosesin bir qədər təxirə salınmasının səbəbləri var:

“Çünki Cənubi Qafqazda Rusiya ilə Qərb arasında Ermənistan üzərindən güclənən qarşıdurma, üstəlik İran-İsrail arasında mümkün hərbi eskalasiya fonunda Yaxın Şərqdə baş verə biləcəklərini Cənubi Qafqaza təsirləri bir qədər regional problematik vəsiyyət yarada bilər. Bu mənada Azərbaycan prosesləri təxirə salaraq, həm Qərb və Rusiyanın, həm də İranın regionla bağlı ambisiyalarını bir qədər gecikdirir”.

Analitikə görə, Zəngəzur dəhlizi məsələsinin plandan çıxarılması Ermənistanla münasibətlər kontekstindən daha çox Azərbaycanın qlobal tabloda öz mövqelərini daha da möhkəmlətmək və onu daha da irəlilətmək baxımından xüsusi önəm kəsb edir. Çünki Azərbaycan Zəngəzur dəhlizi məsələsi ilə manevr imkanlarını genişləndirəcək və bunun həllini yaxın zamanlarda başqa formatda sürətləndirmək üçün Ermənistan qarşısında tələblər qoyacaq.

Başqa bir cəhətdən, Azərbaycan Prezidentinin xüsusi məsələlər üzrə nümayəndəsi Elçin Əmirbəyovun açıqlamasını ideya kimi başa düşmək mümkündü:

“Söhbət ondan gedir ki, Azərbaycanla Ermənistan Zəngəzur dəhlizi məsələsini sülh müqaviləsi layihəsindən çıxarırsa, deməli rəsmi Bakı sülh müqaviləsindən əvvəl də Zəngəzur dəhlizinin açılması üçün imkanlar qazanır. Düzdür, Elçin Əmirbəyov bildirib ki, məsələ sonrakı mərhələyə saxlanılir, amma sülh müqaviləsindən əvvəl də Azərbaycan mümkün hər eskalasiyakar və regional təhlükəsizliyin qarşısının alınması baxımından müəyyən gedişlər etmək üçün Zəngəzur dəhlizinin işartılarını göstərə bilər. Bu mənada bu məsələnin daha strateji tablosunu görmək daha məqsədəuyğun olardı”.

A.Kərimov diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin açılmasından sonra sülh müqaviləsinin imzalanması da mümkündür:

“Elçin Əmirbəyov diplomatik gediş edərək, sonraya saxlamaq ifadəsini işlədib, amma onun əvvəlki prosesləri ehtiva edə biləcək bir nəticələri də mümkündür”.

Aqşin Kərimov: Dəhlizin açılmasından sonra sülh müqaviləsinin imzalanması da mümkündür

Həmsöhbərimiz hesab edir ki, Azərbaycan heç zaman Zəngəzur dəhlizi məsələsindən imtina edə biləcək bir addım atmayacaq. Onun sözlərinə görə, bu, Azərbaycanın, onun strateji müttəfiqi olan Türkiyənin və üstəlik rəqabətdə olsalar da Çin , Rusiya və Qərbin maraq dairələrini təmsil edəcək bir mövqedir:

“Sadəcə Azərbaycan Zəngəzur dəhlizi layihəsinin milli strateji təhlükəsizlik və iqtisadi planları baxımından irəlilətmək istəyir ki, bu da böyük güclərin nəzərində müəyyən problemlər yaradır. Ona görə də Elçin Əmirbəyovun fikirlərini daha geniş kontekstdə oxumaq lazımdır”.

Qeyd edək ki, Bakı və İrəvan Azərbaycanla Naxçıvanı birləşdirməyi nəzərdə tutan nəqliyyat xətti ilə bağlı maddəni sülh sazişi layihəsindən çıxarıb.
Bunu Azərbaycan Prezidentinin xüsusi məsələlər üzrə nümayəndəsi Elçin Əmirbəyov Azadlıq Radiosuna deyib.

Bakı bu yolu “Zəngəzur dəhlizi” adlandırır.
Əmirbəyov deyib ki, onlar qarşılıqlı razılaşma əsasında bu maddəni sülh danışıqlarından çıxararaq, sonrakı mərhələyə saxlayıblar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki