Bakı şəhərinin Yasamal rayonunda 1 yaşlı körpənin əli plastik oyuncaqda sıxılıb qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Nazirliyin “112” qaynar telefon xəttinə hadisə ilə bağlı köməkliyin göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər tərəfindən 2024-cü il təvəllüdlü körpənin sıxılı vəziyyətdə qalmış əlinin oyuncaqdan təhlükəsiz qaydada çıxarılması təmin edilib.