Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft91.71 $▼6.74%
  • WTI neft85.89 $▼5.94%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.206 $▲6.05%
  • Qızıl4 125 $▼0.21%
  • Gümüş53.06 $▼0.11%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda589.00 ¢▼0.42%
  • Bitcoin74 447 $▼1.08%
  • Ethereum2 113 $▼0.91%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Marketdə kassir işləyən qızın yorğunluqdan ürəyi getdi - VİDEO

image-1288487
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyədə kassada dayanmaqda çətinlik çəkən gənc qadının görüntülərindən sonra, başqa bir marketdə işləyən gənc kassir iş yükünün ağır olmasına dözməyərək huşunu itirib.

Milli.Az yerli mətbautaına istinadən xəbər verir ki, şəbəkə marketlərdə çalışan kassirlərin yorğunluqdan huşunu itirdiyi anların görüntüləri sosial mediada gündəm mövzusuna çevrilməkdə davam edir.

10 saatdan artıq iş vaxtı, aşağı maaş və yorucu iş şəraiti altında əziyyət çəkən market işçilərinin yaşadıqları çətinliklər günbəgün daha aydın görünür.

Market işçilərini huşsuz qoyan iş rejimi

Son günlər Türkiyənin aparıcı şəbəkə marketlərindən birində çalışan qadın kassirin yorğunluq səbəbindən işini davam etdirə bilmədiyi anlar sosial mediada böyük rezonans doğurmuşdu. Bu görüntülərdən sonra yayılmış yeni videoda isə başqa bir marketdə çalışan kassirin intensiv iş tempinə dözməyərək huşunu itirdiyi əks olunub. Videoda kassada halı pisləşən işçinin yerə yıxıldığı anlar izləyiciləri dərindən sarsıdıb.

Nə istirahət, nə dəstək var

Şəbəkə market işçilərinin çoxu minimum əmək haqqı və ya çox az əlavə ilə ağır iş yükü altında çalışır. Lakin onların işi yalnız kassirliklə məhdudlaşmır. Təmizlik, məhsulların yerləşdirilməsi, təhlükəsizlik və müştəri xidməti kimi bir çox sahədə də məsuliyyət daşıyan işçilər çoxşaxəli və intensiv vəzifələrlə mübarizə aparır.

Üstəlik, işçilərin iş zamanı istirahət etmələrinə mane olmaq məqsədilə kassalarda stul qoyulmasına çox vaxt icazə verilmir. Saatlarla ayaq üstə duran işçilər həm fiziki, həm də psixoloji olaraq ağır yükün altında qalırlar.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170155