117 yaşlı Zeliha nənə əsgərlərə corab toxudu: Türkiyə MN-dən təşəkkür ziyarəti – FOTO

117 yaşlı Zeliha nənə əsgərlərə corab toxudu: Türkiyə MN-dən təşəkkür ziyarəti – FOTObackend

Türkiyə Milli Müdafiə Nazirliyi 115 cüt corab toxuyub Mehmetciklərə hədiyyə edən 117 yaşlı Zeliha nənəni evində ziyarət edib.

Busaat.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

“Yalova şəhərinin Çiftlikköy mahalında yaşayan Zeliha Barlas yaşı 100-dən çox olmasına baxmayaraq toxuduğu bir-birindən gözəl, rəngli corabları Mehmetciklərimizə hədiyyə edib. Zeliha nənənin bizi duyğulandıran məktubundan sonra Milli Müdafiə Nazirliyi olaraq onu evində ziyarət etdik və hədiyyə etdiyi 115 cüt yun coraba görə Zeliha nənəmizə təşəkkür etdik”, – məlumatda bildirilib.

Zeliha Barlas onu ziyarətə gələn Milli Müdafiə Nazirliyinin hərbçilərinə, “Xoş gəlmisiniz. Allah sizə uzun ömür versin. Allah sizdən razı olsun. Xoş günlərdə geyinsinlər. Allah ayaqlarınıza daş dəydirməsin”, – deyib.

busaat 7205bec151a6fe60c8edddc170cf3aa0 gkjypv4uznrb9c60l8ao busaat 610849e969a3b0076725b5c31335c7f6 0lyv6i8759afg2zp4quh busaat 90c1360032f871c3696e964facae30e9 ckhujafbmolsw8n5zger busaat 9fff752cf1ddceddccf5edb18fa8509e ycp58baluwzhkx3jq0ve


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki