Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft91.89 $▼0.59%
  • WTI neft85.79 $▼0.98%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.291 $▲0.00%
  • Qızıl3 986 $▼1.69%
  • Gümüş51.45 $▼2.05%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda599.50 ¢▲0.93%
  • Bitcoin73 750 $▼0.24%
  • Ethereum2 056 $▲0.09%
  • S&P 5007 619▲1.29%
8°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Gündəm

2,5 milyonluq dələduzluqda təqsirləndirilən məmur oğluna bəraət verildi

image-1657701182_untitled-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

2,5 milyon manatlıq dələduzluqda ittiham edilən Xətai RPİ-nin keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin məhkəməsi başa çatıb.

Busaat.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə E.Həşimli barəsində bəraət hökmü çıxarılıb. Məhkəmənin qənaətinə görə, onun zərərçəkmiş qismində tanınan Möhkəm Səmədova qarşı dələduzluq etməsi ittihamı sübuta yetirilməyib.

Qeyd edək ki, E.Həşimli Möhkəm Səmədova biznes qurmaq adı ilə yalan vədlər verərək, 2,5 milyon manatı dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

O, vaxtilə Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı kimi çalışıb. Daha sonra daxili işlər orqanlarından xaric edilib. E.Həşimli Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimlinin oğlu, eyni zamanda, Xocalı rayon icra başçısının müavini Vahid Əliyevin kürəkənidir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=81320