Goranboy rayonunda bir nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Busaat.az Teleqraf.com-a istinadən xəbər verir ki, Goranboy-Ağcakənd avtomobil yolunun Zeyvə kəndindən keçən hissəsində Səfikürd kənd sakini 2003-cü il təvəllüdlü Bayramov Məhəmməd Talıb oğlunun idarə etdiyi “VAZ 2107” avtomobil Qaradağ rayonunda qeydiyyatda olub Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti yaşayan 1995-ci il təvəllüdlü Hüseynzadə Vahid Mobil oğlunun idarə etdiyi “PİKAP” markalı maşınla toqquşub.
Qəza nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü Məmməd Bayramov ölüb. Həmin maşında olan digər sərnişinlər Səfikürd kənd sakinləri 2001-ci il təvəllüdlü Allahverdiyev Mehman Aydın oğlu, həmyaşıdı Babayev Uğur Ceyhun oğlu və Allahyarov Məftun Namiq oğlu müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “PİKAP” markalı avtomobildə olan Hüseynzadə Vahid Mobil oğlu və sərnişinlər 1980-ci il təvəllüdlü Hacıbabayev Samir Gülbaba oğlu, 1971-ci il təvəllüdlü Qasımova Zəminə Rəfail qızı müxtəlif bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib. Onların vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, qəzada dünyasını dəyişən Məmməd Bayramov nişanlı idi, 20 gün sonra toyu olacaqdı.