Səhər saatlarında Bakı metrosunun “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.
Busaat.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, qatar stansiyaya çatmamış dayandırılıb.
Gənc yaşlı sərnişin stansiyanın əməkdaşları tərəfindən xilas edilib.
Məlumatı saytımıza açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib.
O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb.
“O, stansiya yolundan bileti götürüb və çıxıb. “Bakı Metropoliteni” QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib”, – açıqlamada bildirilib.