Ağdamda 39 yaşlı kişinin ölməsi faktı müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.
Bu barədə Busaat.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Ağdam Rayon Mərkəzi Xəstəxanası tərəfindən qoyulmuş ilkin diaqnoza əsasən həmin şəxsin ölüm səbəbi kimi ürək və ağciyər çatışmazlığı göstərilir. Bu istiqamətdə aidiyyəti qurumlar araşdırmaları davam etdirir.
***
10:10
Ağdamda 39 yaşlı kişi vəfat edib.
Busaat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Şurabad kənd sakini 1986-cı il təvəllüdlü Murad Oruc oğlu Əsədovun səhhəti pisləşib.
M.Əsədov yaxınları tərəfindən Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Yaxınlarının verdiyi məlumata görə, Murad Əsədov 2-3 gün öncə göbələk yeyəndən sonra onda ağrılar başlayıb. Daha sonra görməsi pisləşib və ayaqlarında problem yaranıb.
Faktla bağlı araşdırma aparılır.