Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.07 $▼0.19%
  • WTI neft91.07 $▼0.04%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)3.015 $▼0.26%
  • Qızıl4 133 $▲0.12%
  • Gümüş53.07 $▼0.01%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.04%
  • Bitcoin74 560 $▼0.22%
  • Ethereum2 138 $▲0.60%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ

image-esger
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplamış gənclərin həqiqi hərbi xidməti harada keçdiklərinə aydınlıq gətirib.

Nazirlikdən Modern.az saytının bu mövzudakı sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ildən etibarən Dövlət İmtahan Mərkəzinin (DİM) ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarından 600 və daha yuxarı bal toplamış gənclər müddətli həqiqi hərbi xidmətini Milli Müdafiə Universitetinin nəzdindəki İntellektual qabiliyyətli bölmələrdə keçirlər.

“Eyni zamanda, bu qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunlarına şamil edilir”,- Nazirlikdən qeyd edilib.

Xatırladaq ki, Azərbaycanda gənclərin həqiqi hərbi xidmətə çağırışı ildə dörd dəfə həyata keçirilir. Ali təhsilli məzunlar həqiqi hərbi xidməti 1 il, ali təhsili olmayan çağırışçılar isə 1 il 6 ay müddətində çəkirlər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180558