Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 951 $▲1.31%
  • Ethereum1 817 $▲2.73%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Kriminal

9 milyonun cəmi 160 mini qaytarılıb - “Azadlıqda olsam, tam ödəyərdim”

image-herb
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda ilkin dinləmələr keçirilib.

Prokuror cinayət işinin materialları ilə yeni tanış olduğunu deyərək hazırlıq iclasının təxirə salınmasını xahiş edib.

Müttəhimin vəkili Vüqar Kazımov prosesin təxirə salınmasına etiraz etməyib, lakin seçilmiş qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Vəkil vəsatətini onunla əsaslandırıb ki, müvəkkili dəymiş ziyanı qismən ödəyib, həmçinin xəstə övladı var.

Təqsirləndirilən şəxs özü də həbs qərarının qaldırılaraq sərbəst mühakimə olunmasını xahiş edib: “Üzərimə düşən ziyanın bir qismini ödəmişəm. Amma sizi əmin edirəm ki, azadlıqda olsaydım, tam ödəyə bilərdim”, – müttəhim deyib.

Məhkəmə prokurorun vəsatətini təmin, vəkilin vəsatətini rədd edib.

Əldə etdiyimiz məlumata görə, R.Məlikzadə mənimsənilən 9 milyon 369 min manat vəsaitin 160 minini ödəyib.

Qərara əsasən, R.Məlikzadənin həbsdə saxlama müddəti 10 gün uzadılıb. Hazırlıq iclası dekabrın 18-ə təyin edilib.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. İş üzrə cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130124