“AAAF Park”-da tikinti rəzaləti:  Heydər Əliyevin posterini söküb yerində obyekt tikən kimdir?

image-2backend
image-ad_qayo_720x110px

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin girişində Ulu Öndər Heydər Əliyevin güşəsini söküb yerində sənədsiz obyekt tikirlər.

image-2

Ulusal.az xəbər verir ki, “AAAF Park” yaşayış kompleksinin layihəsində həmin ərazidə başqa tikilinin yer alması nəzərdə tutulmamasına baxmayaraq kompleksin girişində ərazi hasarlanaraq tikinti aparılır. Bildirək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Ancaq “AAAF Park” yaşayış kompleksinin girişində inşa edilən obyektdə tikinti normalarına və qaydalarına riayət olunmur. Belə ki, Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir. Məcəlləyə görə löhvədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları, müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır. Ancaq Ulu Öndər Heydər Əliyevin sökülən portret və guşəsinin yerində aparılan inşaat sahəsində məlumatlandırma löhvəsi yoxdur. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında  “AAAF Park” yaşayış kompleksinin giriş hissəsində aparılan tikinti barədə məlumatlara rast gəlinmir.

image-3

Bu isə o anlama gəlir ki, inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunun icazəsi alınmayıb.
Ulusal.az-a daxil olan məlumata görə “AAAF Park” yaşayış kompleksinin giriş hissəsində qanunsuz aparılan tikintiyə Namiq Məmmədov adlı şəxs rəhbərlik edir. Mənbəmiz bildirir ki,  Namiq Məmmədov tikintinin icazəsinin Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdən alıb. Həmçinin tikintiyə birbaşa  “AAAF Park” Yaşayış Kompleksinin sahibi idman ustası Tofiq Heydərov nəzarət edir.

image-4

Hazırda hasarlanan ərazidə gecə-gündüz tikinti işləri aparılır. 24 saat aparılan tikinti işləri ərazidə yaşayan sakinlərədə narahatçılıq yaradır. Həmçinin obyektin tikildiyi ərazidə bir neçə sağlam şam ağacı var ki, onların yaxın günlərdə kəsiləcəyi bildirilir.

Qeyd edək ki, “AAAF Park” Yaşayış Kompleksinin sahibi idman ustası Tofiq Heydərovdur. Tofiq Heydərov “AAAF Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. “AAAF Holding” MMC 2016-cı ildə yaradılıb.

image-5

Qanunsuz tikintinin aparıldığı “AAAF Park” Yaşayış Kompleksində fəaliyyət göstərən daha bir şirkət – “AAAF Park Xırdalan” MMC də Heydərovlara məxsusdur. “AAAF Park Xırdalan” MMC-nin qanuni təmsilçisi Tofiq Heydərovun qardaşı Səlim Heydərovdur. Bu şirkət 2013-cü ildə təsis edilib.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki