Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 928 $▲0.26%
  • Ethereum2 245 $▲0.45%
  • S&P 5007 377▲0.27%
17°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

"AAYDA" "Dövlətin malı dənizdir" məntiqi ilə "yaşayır"?: "İqtisadi qurumları büdcənin üzərində ağır yükdür"

image-ayada
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycanda bütün dövlət şirkətləri, dövlətin nəzarətində olan aktivlər, əslində dövlətə yox, həmin qurumlara rəhbərlik edənlərə, onların yaxınlarına məxsusdur”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun fəaliyyətini dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib.

O, qeyd edib ki, dövlətin iqtisadiyyatda aparıcı rolda olması, əsas oyunçu kimi qalması ən çox məmurlara sərf edir:

“Məsələn, 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Prezident Fərmanına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb. 21 dekabr 2017-ci il tarixli sərəncamla Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədri təyin edilib. Bundan öncə Saleh Məmmədov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri idi. Qurumun adı və statusu dəyişdirildi, amma sədri yerində qaldı.

“AAYDA” 2020-ci il hesabatını açıqlayıb. Agentliyin gəliri 1 milyard 105 milyon 651 min manat olub. İlk baxışdan pis nəticə deyil, amma Agentliyin xərcləri 2020-ci ildə 1 milyard 105 milyon 651 min manat olub. 2019-cu ilin nəticələrinə görə Agentliyin gəlirləri 1 milyard 85 milyon 690 min 30 manat, xərcləri isə 1 milyard 85 milyon 688 min manat təşkil etmişdi. Yəni, 2019-cu ili agentlik 1230 manat gəlirlə başa vurub.

Təbii ki, bütün dövlət iqtisadi qurumları büdcənin, dövlətin, xalqın üzərində ağır yükdür. Gəlirlilik yox, dotasiya çox, kağız üzərində maxinasiyalar boldur. “Dövlətin malı dənizdir” məntiqi ilə idarəetmə davam edir. Qeyd edim ki, Saleh Məmmədov həm də Azərbaycan Həndbol Federasiyasının prezidentidir. “AAYDA” düzgün işləsə, sabah bizdə həndbol da olmaz.İdmandan korrupsiya pulları çəkilsə nə futbolumuz, nə də digər idman növlərimiz qalar”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=52873