Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.49 $▼0.82%
  • WTI neft87.79 $▼0.62%
  • Avropa qazı (TTF)86.69 €▼4.69%
  • Təbii qaz (ABŞ)3.182 $▲0.76%
  • Qızıl3 871 $▲0.02%
  • Gümüş47.21 $▼0.24%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda590.25 ¢▲0.60%
  • Bitcoin64 376 $▼1.44%
  • Ethereum1 806 $▼1.57%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Abid Şərifov “dalan”da: Borc içində batır

image-1683543919_16835406692293850676458cabd3a13e
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” Açıq Səhmdar Cəmiyyətinin (ASC) külli miqdarda vergi borcu yaranıb.

Qaynarinfo xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 2 303 319.96 AZN-dir.

Ötən il yayılan məlumatlarda “Evrascon” ASC-nin 345 619.85 AZN vergi borcu olduğu bildirilirdi. Bir il ərzində borcun 2 milyona qalxması şirkətin maliyyə böhranı yaşadığına şübhələri artırır.

“Evrascon” ASC 30 aprel 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 377 290 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8-də yerləşir. ASC-nin qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçdir.

ASC-nin əsl sahibinin isə baş nazirin keçmiş müavini Abid Şərifov olduğu barədə iddialar var. Bir neçə ilə əvvəl mediada Abid Şərifovla bağlı dərc edilən araşdırma yazısında göstərilir ki, baş nazirin keçmiş müavinin həyat yoldaşı Sədayə Yaqub qızı “Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir.

2015-ci ildə Qazaxıstanda “Evrascon” ASC ilə bağlı qalmaqal baş verib. Həmin vaxt dərc edilən məlumatlarda bildirilirdi ki, Qazaxıstanın Almatı Vilayət Məhkəməsi azərbaycanlı fəhlələrin həbsinə başlayıb. Bu məlumatla bağlı Abid Şərifovun mövqeyi öyrənilib. Baş nazirin müavini açıqlamasında deyib ki, şirkətin rəhbəri onun qardaşıdır: “Belə bir hal yoxdur, yalan söhbətdir, cəfəngiyatdır. Bu şirkət 1000-dən çox fəhlə işlədir, azərbaycanlıları xaricə aparıb işlə təmin edir. Təsəvvür edirsiniz, 1000-dən çox fəhləni. Bu şirkətin rəhbəri mənim qardaşımdır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109104