ABŞ-da keçmiş şagirdi səfil həyatı yaşayan müəlliminə 30 min dollara yaxın pul verdi – FOTO

image-steven-nava-and-jose-villarruelbackend

Kaliforniyada keçmiş şagirdi evsiz və işsiz qalan müəlliminə 30 min dollara yaxın pul verərək, onun problemlərini həll edib.

Bu barədə “The New York Post” xəbər yayıb.

21 yaşlı kaliforniyalı Stiven Navanın sözlərinə görə, o, evinin yaxınlığında maşında gecələyən kişi görüb. Bir neçə gündən sonra onun keçmiş riyaziyyat müəllimi Xose Villarruel olduğunu biləndə çox təəccüblənib.

Məlum olub ki, keçən yaz koronavirus pandemiyası səbəbindən müəllim işini itirib. Kişinin yeganə gəlir mənbəyi sosial təminat olub ki, bunun da çox hissəsini Meksikadakı xəstə həyat yoldaşına göndərib.

Nəhayət vəziyyət o həddə çatıb ki, kişinin mənzil kirayəsini ödəmək imkanı olmayıb, ona görə də avtomobildə yaşamaq məcburiyyətində qalıb.

Stiven dərhal vəziyyəti dəyişdirmək qərarına gəlir. O, müəllimini bir hotelə yerləşdirir, sonra isə “GoFundMe” xeyriyyə platformasında Xosenin yeni yaşayış yeri tapması və həyatını yaxşılaşdırmasına kömək üçün xeyriyyə aksiyasına başlayır.

Stiven cəmi bir neçə gündə müəllimi üçün 27 480 dollar (46 716 manat) toplaya bilib.

Xose Villarruel bu hadisədən çox təsirlənib.

“Ceki görəndə ilk ağlıma gələn bunun yuxu olduğunu düşünmək oldu. Hələ də özümə gələ bilmirəm!”, – deyə müəllim bildirib.

Toplanan bu pulla müəllim yeni bir mənzil tapa bilib. O, həmçinin işsiz olduğu bir il ərzində toplanan borclarını ödəyib.

Oxu.az

image-steven-nava-and-jose-villarruel-1 image-ewpqrdkuuaa8psb image-jose-villarruel-fontana-california-vivido image-teacher-fundraiser-84-1 image-maestro image-teacher-fundraiser-82-1 image-ewtiejkwqamveey

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90