
ABŞ-dən OPEC-in neft qərarına REAKSİYA
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupuna üzv ölkələrin hasilatı azaltmaq qərarı ağlabatan deyil.
Busaat.az xəbər verir ki, Kirbi onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
OPEC+ qrupuna üzv ölkələrin hasilatı azaltma qərarı ilə bağlı Kirbi deyib: “Bazardakı qeyri-müəyyənliyi nəzərə alaraq, hazırda hasilatın azaldılmasının ağlabatan olduğunu düşünmürük”.
Neft qiymətlərinin keçən ilə nisbətən əhəmiyyətli dərəcədə aşağı düşdüyünü qeyd edən Kirbi, barel deyil, qiymətlərə diqqət yetirdiklərini və ABŞ-li istehlakçılar üçün qiymətlərin aşağı salınması çərçivəsində işlərinə davam edəcəklərini bildirib.
Busaat.az





















