“ABŞ dünyanın hər yerindən gələn cinayətkarlar üçün sığınacaqdır” – Mask

image-1709100242_9-pic_32ratio_900x600-900x600-40355backend

Amerikalı sahibkar İlon Mask ABŞ-nin miqrasiya problemlərindən danışıb.

Busaat.az xəbər verir ki, “X” sosial şəbəkəsində paylaşım edən Mask ABŞ-ni dünyanın hər yerindən ən təhlükəli cinayətkarlar üçün sığınacaq adlandırıb.

Mask daha əvvəl prezident Bayden administrasiyasını qeyri-qanuni immiqrasiyaya verdiyi dəstəyə görə tənqid edərək, administrasiyanın sərhədləri qorumaq əvəzinə “qırmızı xalçanı yaydığını” iddia etmişdi. İş adamı qanuni immiqrasiyanı dəstəkləyəcəyini bildirib.

İlon Mask qeyd edib ki, ABŞ-nin cənub sərhədini keçmək və istənilən ölkədən şəxsiyyəti təsdiq edən sənədləri təqdim edərək sığınacaq istəmək imkanı Amerikanı təhlükəli cinayətkarlar üçün sığınacaqa çevirib. Birləşmiş Ştatlar son aylarda rekord səviyyədə qeyri-qanuni miqrasiya müşahidə edib, keçən ilin dekabrında 302,000 qeyri-qanuni sərhəd keçidi qeydə alınıb ki, bu da bir ayda ən yüksək rəqəmdir.

Baydenin prezidentliyi dövründə üç il ardıcıl olaraq qeyri-qanuni miqrantların sayında artım müşahidə olunur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki