ABŞ generalı Azərbaycan Ordusunun hərbi hissəsinə baş çəkdi — FOTOLAR

image-abs-generalibackend

ABŞ ilə Azərbaycan arasında ikitərəfli hərbi əməkdaşlığa və “Ştatla Tərəfdaşlıq Proqramı”na dəstək çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığının Quru Qoşunları Milli Qvardiyası komandanının müavini general-mayor Maykl Vikmanın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissə və Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Tərəflər arasında keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, eləcə də Oklohoma ştatı ilə “Ştatla Tərəfdaşlıq Proqramı”nı əhatə edən fəaliyyətlər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

19616b50 cc0b 4c0c b049 e070c198357d52cdac20 3ff2 45a8 809d 8d3713c6644addbb485c 5b7c 4191 a863 6a20b94ffcb1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki