Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.35 $▼2.02%
  • WTI neft86.38 $▼2.22%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.123 $▼1.11%
  • Qızıl3 871 $▲0.01%
  • Gümüş47.10 $▼0.48%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda601.50 ¢▲2.51%
  • Bitcoin65 040 $▼0.42%
  • Ethereum1 832 $▼0.13%
  • S&P 5007 461▼1.32%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Siyasət

ABŞ-ın Azərbaycandakı səfirliyi BƏYANAT YAYIB

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-ın Azərbaycandakı səfirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan və Ermənistan arasında davam edən döyüşlərlə bağlı bəyanat yayıb.

Busaat.az  xəbər verir ki, sözügedən bəyanat səfirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

“Dağlıq Qarabağ münaqişəsi zonasında  təmas xətti boyunca mülki şəxslər də daxil olmaqla çoxsaylı itkilərlə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar ABŞ-ı narahat edir. Ölən və yaralananların ailələrinə başsağlığı veririk.

ABŞ şiddətin artmasını ən sərt şəkildə qınayır. ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla əlaqə saxlayaraq hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa, vəziyyəti daha da gərginləşməmək üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə və regiondakı gərginliyi daha da artıran ritorika və hərəkətlərdən uzaq olmağa çağırdı.

Tərəfləri ən qısa müddətdə substantiv danışıqları bərpa etmək üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırırıq. ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ münaqişənin sülh və davamlı həllinə nail olmaq üçün tərəflərə kömək etməyə sadiq qalır”,- deyə bəyanatda qeyd olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=19642