Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.86 $▼0.47%
  • WTI neft90.82 $▼0.01%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)3.016 $▲0.60%
  • Qızıl4 136 $▲1.51%
  • Gümüş53.25 $▲2.52%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda592.75 ¢▲0.25%
  • Bitcoin75 312 $▲1.37%
  • Ethereum2 151 $▲1.53%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

ABŞ media orqanları ilə Pentaqon arasında böhran

image-25
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Pentaqonun yeni mətbuat siyasəti aparıcı media qurumlarının tənqidinə səbəb olub.

Busaat.az xəbər verir ki, yeni tənzimləmə jurnalistlərdən icazəsiz sənədlər əldə etməmək və yalnız səlahiyyətli nümayəndə ilə ayrılmış ərazilərə daxil olmaq barədə öhdəlik götürməyi tələb edir.

“The Washington Post”, “New York Times”, “CNN”, “Reuters”, “Associated Press”, “NPR”, “Guardian”, “HuffPost” və “Atlantic” kimi bir çox böyük xəbər təşkilatları Pentaqonun tələb etdiyi sənədi imzalamayacaqlarını açıqladılar.

“The Washington Post” qəzetinin baş redaktoru Mett Murray bildirib ki, bu məhdudiyyətlər məlumat toplamaq və dərc etmək azadlığına lazımsız maneələr qoymaqla Konstitusiyanın azad mətbuat azadlığına dair təminatlarını pozur.

“New York Times” Vaşinqton Bürosunun rəhbəri Riçard Stivenson qeyd edib:

“İctimaiyyətin illik vergi ödəyiciləri hesabına təxminən 1 trilyon dollarla maliyyələşən ordunun necə işlədiyini bilmək hüququ var”.

Pentaqondan istehzalı CAVAB…

Müdafiə naziri Pete Hegseth media orqanlarının sosial mediadakı reaksiyalarına istehzalı cavab verib. X platformasında əl yelləyən “Əlvida” emojisini paylaşan Hegseth daha sonra qeyd edib:

“Mətbuat artıq sərbəst hərəkət edə, görünən şəxsiyyət vəsiqəsi geyə bilməyəcək və cinayət məlumatı toplaya bilməyəcək”.

Pentaqonun sözçüsü Sean Parnell jurnalistlərin həddindən artıq reaksiya verdiyini ifadə edərək, siyasət təsdiq deyil, anlayış tələb edir deyib.

Mətbuat azadlığı ilə bağlı müzakirələr böyüyür

Ekspertlər Pentaqonun yeni siyasətinin ABŞ Konstitusiyasına Birinci Düzəlişlə zəmanət verilən mətbuat azadlığını birbaşa pozduğunu deyirlər.

Tənqidçilər deyirlər ki, bu addım hökumət qurumlarının hesabatlılığını azaltmaqla ictimaiyyətin məlumat almaq hüququnu təhlükə altına qoyur.

Yeganə

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=174311