Məzmuna keç
  • Brent neft104.99 $▼4.55%
  • WTI neft96.80 $▼3.95%
  • Avropa qazı (TTF)95.03 €▼8.58%
  • Təbii qaz (ABŞ)2.908 $▲0.03%
  • Qızıl3 980 $▲1.79%
  • Gümüş51.03 $▲1.89%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda605.75 ¢▲0.50%
  • Bitcoin77 393 $▼1.06%
  • Ethereum2 267 $▼0.20%
  • S&P 5007 625▲0.58%
15°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Dünya

ABŞ prezidenti seçicilərdən 46 milyon dollar ianə toplayıb

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ prezidentliyinə namizəd, hazırkı dövlət başçısı Donald Tramp ötən ilin dördüncü rübündə seçicilərdən 46 milyon dollar ianə toplayıb.

Busaat.az xəbər verir ki, onun rəqibi demokrat Berni Sanders isə 34,5 milyon dollar ianə toplayıb. Ümumilikdə, 2019-cu ildə Sanders, Demokratlar arasında ianələr toplayan ən güclü namizəd kimi nüfuzunu qoruyaraq 96 milyon dollar toplayıb.

Donald Tramp isə ötən il ümumilikdə 143 milyon dollar ianə yığıb. İanələrin 102 milyonu hələ xərclənməyib.

İndianadakı Saut-Bend şəhərinin meri Pit Battitiq dördüncü rübdə 24.7 milyon dollar ianə toplayaraq üçüncü yerdə qərarlaşıb.

Keçirilən sorğularda favorit olan Co Bayden isə Trampdan iki dəfə az – 22,7 milyon dollar ianə yığa bilib.

Digər bir namizəd, Massaçusetsin senatoru Elizabet Uorren, dördüncü rübdə seçicilərdən 17 milyon dollar aldığını açıqlayıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkilərində praymeriz cari ilin fevral ayında başlayacaq.

Yayda isə Respublikaçılar və Demokratlar partiyaları prezident postuna öz namizədini irəli sürəcəklər. Seçkilər noyabrın 3-də keçiriləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=1303