
ABŞ Qəzza xəstəxanada baş verən partlayışın səbəbini AÇIQLADI
Qəzza xəstəxanasında partlayış Fələstinin raket hücumundan sonra baş verib.
Busaat.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib.
Amerika kəşfiyyatının məlumatına görə, Qəzza zolağında Əl-Əhli xəstəxanasında baş verən partlayışa Fələstin raketi səbəb olub.
“Bizim ilkin qiymətləndirməmiz budur ki, xəstəxanada baş verən partlayış Qəzzada yaraqlılar tərəfindən uğursuz raket buraxılışının nəticəsidir”, – Miller deyib.
Natiq Kərimli,
Busaat.az























