ABŞ Ukraynaya 1.1 milyard dollar hərbi yardım etməyə hazırlaşır – Reuters

image-download-1backend

 ABŞ yaxın günlərdə Ukraynaya daha 1.1 milyard dollar dəyərində hərbi yardım paketini elan etməyə hazırlaşır.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin Reuters xəbər agentliyi yayıb.

Vaşinqton silah və təchizatların satınalmalarının maliyyələşdirilməsinə vəsait ayıracaq. HİMARS başlatma qurğusu, əks-dron sistemləri, radar və ehtiyat hissələrinin paketə daxil olacağı gözlənilir.

Vaşinqton qondarma Donetsk və Luqansk xalq respublikaları və Xerson, Zaporozye regionlarındakı referendumların nəticələrini gözləyir. Ancaq rəsmi Vaşinqton artıq nəticələri tanımayacağını elan edib.

Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisində başlatdığı hərbi əməliyyatlara qarşı qərb bloku Rusiyaya sanksiyalar tətbiq etməyə başlayıb. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin Martın 16-da qərbin Moskvaya qarşı sanksiya siyasətinin aqressiv xüsusiyyətlərə malik olduğunu bəyan edib və əlavə edib ki, Rusiyanın çəkindirmə siyasətinin səbəbi Qərbin ona qarşı yönəlmiş uzunmüddətli strategiyasıdır.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90