“Zülal çatışmazlığı ilə saçlar tökülür və yaraların sağalması daha uzun çəkir”.
Busaat.az xəbər verir ki, bu sözləri kosmetoloq və dietoloq Tagui Avetova Lenta.ru-ya açıqlamasında deyib.
Avetovanın sözlərinə görə, zülal çatışmazlığı saç tökülməsinin səbəblərindən biri ola bilər. O, bədəndəki dəmir və zülalın bir-biri ilə sıx əlaqəli olduğunu da izah edib.
“Zülal çatışmazlığı olanda dəmir udulmur. Bu, daha yavaş böyüməyə və ya saç tökülməsinə, kövrək dırnaqlara səbəb olur”.
Həmçinin, həkim bildirib ki, zülal çatışmazlığı ilə şirniyyata güclü həvəs yaranır, həzmlə bağlı problemlər olur”.
Avetova son olaraq zülal çatışmazlığının uşaqlarda xüsusilə təhlükəli olduğu barədə də xəbərdarlıq edib.