Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft96.82 $▼1.47%
  • WTI neft90.01 $▼1.21%
  • Avropa qazı (TTF)86.54 €▲0.15%
  • Təbii qaz (ABŞ)3.009 $▼0.46%
  • Qızıl4 100 $▼0.66%
  • Gümüş52.33 $▼1.40%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda588.75 ¢▼0.46%
  • Bitcoin73 805 $▼1.23%
  • Ethereum2 093 $▼1.48%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
İdman

“Adam özündə deyildi” - Nərimanın gedişindən danışdı

image-qurban
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Nəriman Axundzadənin ABŞ təmsilçisi “Kolumbus Kreu” klubuna transferindən danışıb.

Yeniera.az xəbər verir ki, baş məşqçi bu barədə Misli Premyer Liqasının 19-cu turunda “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra danışarkən deyib.

“Nərimanla bağlı ciddi danışıqlar gedir. Sona yaxınlaşırdı. Düzdür, tam qərar verilməyib, amma ola bilər. Bu gün də oyundan sonra futbolçulardan biri mənə yaxınlaşıb dedi ki, ona yaxşı təklif gəlib, siz getməyim və ya qalmağım haqqında nə qərar verəcəksiniz, bilmirəm.

İnanın ki, bunları ələ almaq, əldə saxlamaq asan deyil. Bir az sakitləşdirməyə çalışırıq, başqa xəbərlər gəlir. Xoşagəlməz deməzdim, amma elə təkliflərdir ki, ora ancaq pula görə getmək olar. Elə pul da təklif edirlər ki, oyunçular “yox” deyə bilmir. Ona görə bir az problemlərimiz var. Çalışırıq ki, ələ alaq, motivasiyanı saxlayaq”, – baş məşqçi bildirib.

Q.Qurbanov Bəhlul Mustafazadənin Çin klubuna transferinin baş tutmamasından da danışıb: “Orada bir neçə detal oldu. Onunla danışmışdıq və Bəhlulun tərəfində idim. Bəzi detallar var, çox dərinə getmək istəmirəm”.

“Onun kimi futbolçunun komandadan ayrılması xoş deyil. Amma məlum məsələlərə görə legioner həyatı yaşamaq istəyirdi. Fikrimcə, bu, Nərimana lazım idi. Çünki adam özündə deyildi. Hər gün fərqli düşüncədə, fərqli fikirdə idi. Yəqin ki, hər gün haqqında nəsə oxuyub gəlirdi. Getməyi lazımdır ki, özünü tapsın. Buna görə belə addım atdıq. Bəli, mənə lazım idi. Sıx qrafikə bu cür oyunçulara ehtiyac var. Edəcəyimiz bir şey yoxdur. Təki alınsın. Son iki ildə çox əziyyət çəkib. İnanıram ki, daha yaxşı Nəriman görəcəyik”, – təcrübəli mütəxəssis əlavə edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180240