Məzmuna keç
  • Brent neft104.31 $▼5.16%
  • WTI neft96.29 $▼4.46%
  • Avropa qazı (TTF)93.45 €▼10.10%
  • Təbii qaz (ABŞ)2.863 $▼1.51%
  • Qızıl3 956 $▲1.17%
  • Gümüş50.69 $▲1.21%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda606.00 ¢▲0.54%
  • Bitcoin76 695 $▼1.96%
  • Ethereum2 250 $▼0.97%
  • S&P 5007 541▼0.52%
14°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Gündəm

Adnana məxsus "Rahat" supermarketləri bağlanır? - Açıqlama

image-adnan-ehmedzade
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sosial şəbəkələrdə “ANC Group” MMC-yə məxsus “Rahat” supermarketlər şəbəkəsinin bağlanacağı barədə iddialar var. Buna səbəb kimi “ANC Group”un iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadəyə qeyri-rəsmi məxsus olması gətirilir.

Busaat.az xəbər verir ki, məsələni aydınlaşdırmaq üçün Pravda.az “Rahat” supermarketə sorğu ünvanlayıb.

Şirkətdən verilən açıqlama belə olub: ““Rahat” supermarketləri öz fəaliyyətini davam etdirir. Hər şey yolundadır. Bütün kontingent iş başındadır. Marketlərimiz hər zaman müştərilərimizin xidmətindədir. Davam edirik. Bu barədə heç bir sıxıntı yoxdur. Adnan Əhmədzadə məsələsi barədə isə mövqe bildirməyimiz uyğun deyil. Bu, bizi aşan məsələdir”.

Qeyd: MMC-nin qanuni təmsilçisi Samir Rafiq oğlu Abdullayevdir. Şirkətdə 10% paya Babakişiyev Cəlal Rasim oğlu, 90% paya isə “Abda Retail İnvestment Holdinq LTD” malikdir. Ölkədə məşhur “Rahat” supermarket də bu qrupa daxildir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=172861