Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft91.84 $▼3.60%
  • WTI neft85.06 $▼3.71%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.121 $▼1.17%
  • Qızıl3 859 $▼0.29%
  • Gümüş46.91 $▼0.87%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda601.75 ¢▲2.56%
  • Bitcoin65 336 $▲0.03%
  • Ethereum1 829 $▼0.30%
  • S&P 5007 417▼1.91%
8°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Mədəniyyət

Afaq Bəşirqızı jurnalistlərə QARĞIŞ ETDİ: "O çörək sizə zəhər olsun"

image-1674648221_15515194405217131764_1200x630
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bu xalq onda bədbəxt olur ki, onun mədəniyyətinə və mədəniyyət xadimlərinə soyuq münasibət bəslənilir. Tünzalə Əliyevanın övladına dəstək olmaq üçün fond yaradılması ilə bağlı xalqa yox, incəsənət xadimlərinə müraciət etdim”.

Busaat.az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı mərhum aktrisa Tünzalə Əliyevanın qızına yardım olunması ilə bağlı sosial şəbəkə hesabındakı paylaşıma münasibət bildirərkən, deyib.

Aktrisa onu da diqqətə çatdırıb ki, fond yaradılması təklifini incəsənət xadimlərinə ünvanlayıb: “Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifini incəsənət xadimləri üçün demişəm. Bunun xalqa aidiyyatı yoxdur. Vəssalam. Media nümayəndələri elə başlıqlar, elə yazılar yazırlar ki… Fikirlər kontekstdən çıxarılır. Camaat da yazını oxumamış, savadsız kütlə ağzına gələni yazır. Ayıb deyil? Sözüm jurnalistlərədir, yazı yazanda, başlıq qoyanda diqqətli olun. Məni təhqir etməklə çörək qazanırlarsa, o çörək zəhər olsun!”.

Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı səhhəti ilə əlaqədar olaraq mərhum aktrisa Tünzalə Əliyevanın vida və dəfn mərasiminə qatılmamışdı.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98264