Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.33 $▼1.03%
  • WTI neft90.28 $▼1.13%
  • Avropa qazı (TTF)87.01 €▲1.66%
  • Təbii qaz (ABŞ)3.022 $▼0.03%
  • Qızıl4 105 $▼0.69%
  • Gümüş52.49 $▼1.18%
  • Pambıq79.47 ¢▲1.43%
  • Buğda588.50 ¢▼0.51%
  • Bitcoin74 187 $▼0.72%
  • Ethereum2 106 $▼0.91%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Ağdərə istiqamətində baş verənlərə AYDINLIQ GƏTİRİLDİ

image-1650108574_gjgj
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Xəbər verdiyimiz kimi, Rusiya Müdafiə Nazirliyi və Xankəndidə məskunlaşmış erməni separatçıları Azərbaycan Silahlı Qüvvələrinə məxsus bölmələrin aprelin 15-də Ağdərə istiqamətində irəlilədiyini bildiriblər.
Ermənistan KİV-lərində dərc edilən məlumatda qeyd edilib ki, hadisə Tərtər rayonunun Seysulan və Yarımca kəndi ərazidində baş verib. Azərbaycan hərbçilərinin tərəflərin mövqeləri arasındakı “neytral zonada” irəlilədiyi iddia olunub.
Həmçinin vurğulanıb ki, Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin apardığı danışıqlar nəticəsində guya Azərbaycan Silahlı Qüvvələri öz əvvəlki mövqelərinə qayıtmağa razılaşıb.
Ermənistan mediasında yer alan məlumatlar barədə Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Ordusunun mövqe yerdəyişməsi apardığını söyləyib:

 

 

“Biz  öz ərazimizdə qoşunlarımızın yerdəyişməsi ilə məşğul oluruq. Bunu daha əvvəl də etmişik, indi də edirik. Burada təəccüblü heç nə yoxdur. Əgər Rusiya sülhməramlı qüvvələri birgə bəyanatın bəndlərini təyin olunmuş müddətdə, yəni əraziyə daxil olandan dərhal sonra yerinə yetirməyibsə, bunu Azərbaycan Ordusu özü yerinə yetirmək məcburiyyətində qalıb. Odur ki, biz baş verənləri erməni silahlılarının ərazilərdən çıxarılması məqsədilə keçirilən qoşun yerdəyişməsi kimi dəyərləndirilməliyik”, – Ə.Verdiyev bildirib.
Azərbaycan Ordusunun geri çəkilməsinə gəlincə, ekspert erməni tərəfinin yaydığı xəbərlərin yalan olduğunu diqqətə çatdırıb:
“Bunu separatçılar iddia edir. Biz son iki ildə onlar tərəfindən doğru-dürüst məlumat verildiyini görmədik. Bu, daxili auditoriyanı sakitləşdirmək üçün verilən saxta bəyanatdır. Deyirlər ki, Azərbaycan Ordusu girmişdi, danışdıq geri çəkildi. Niyə geri çəkilək ki, öz ərazimizdən? Onsuz 2 il əvvəl orada olmalıydıq”.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=75326