Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.33 $▼1.03%
  • WTI neft90.28 $▼1.13%
  • Avropa qazı (TTF)87.01 €▲1.66%
  • Təbii qaz (ABŞ)3.022 $▼0.03%
  • Qızıl4 105 $▼0.69%
  • Gümüş52.49 $▼1.18%
  • Pambıq79.47 ¢▲1.43%
  • Buğda588.50 ¢▼0.51%
  • Bitcoin74 187 $▼0.72%
  • Ethereum2 106 $▼0.91%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
İqtisadiyyat

Aİ-92 markalı benzinlə bağlı vacib xəbər — VİDEO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması layihəsi sürətlə davam etdirilir. Cari ilin ortalarından etibarən ”AVRO-5” standartlarına cavab verən dizel yanacağı istehsal ediləcək. Növbəti ildən isə yüksək keyfiyyətə malik benzin istehsalı həyata keçiriləcək. Bundan əlavə yenidənqurmadan sonra zavodda yeni qurğular istismara veriləcək.

Bu ilin ikinci yarısından etibarən artıq Azərbaycanda ”AVRO-5” standartlarına cavab verən yanacaq istehsal ediləcək. Bunu Heydər Əliyev adına Neft Emalı zavodunun “Modernizasiya və yenidənqurma” layihəsinin rəhbəri Emil Alxaslı deyib. Zavod tam istismara verildikdən sonra daxili bazar ”Avro 5” standartlarına uyğun dizel və benzinlə tam təmin ediləcək

Emil Alxaslının sözlərinə görə yenidənqurma işləri ilə bağlı hazırda zavodda ”Aİ 92” markalı benzinin istehsalı dayanıb. Qeyd edib ki, buna baxmayaraq daxili bazarda bu növ yanacaqla bağlı qıtlıq olmayacaq.

Bu arada bu gün Neft Emalı Zavodunun “Modernizasiya və Yenidənqurması” layihəsi çərçivəsində ictimai dinləmə də keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, ətraf mühit üzrə mütəxəssislər və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. Dinləmə zamanı zavod ərazisində inşası davam etdirilən Çirkab Suların Təmizlənməsi Qurğusunun ekoloji və ətraf mühitə olan müsbət təsirləri haqqında iştirakçılara məlumat verilib.

Çirkab və yağış sularının idarəolunacağı qurğunun da cari ilin ikinci yarısında istismara verilməsi nəzərdə tutulur.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=75278