
"Aİ ABŞ-ın Serbiyanın Neft Sənayesinə qarşı sanksiyalarına qoşulacaq" - Vuçiç
Serbiya prezidenti Aleksandar Vuçiç Avropa İttifaqının (Aİ) ABŞ-ın Serbiyanın Neft Sənayesinə (NIS) qarşı sanksiyalarına qoşulacağını açıqlayıb.
Busaat.az-ın xəbərinə görə, o, həmçinin bildirib ki, Adriatik neft kəmərinin operatoru olan Xorvatiyanın JANAF şirkəti tezliklə bu kəmər vasitəsilə xam neft nəqlini dayandıra bilər.
“Avropalılar Amerikanın sanksiyalarını dəstəkləyəcəklər. Mən tam əminəm ki, JANAF müəyyən müddətdən sonra neft tədarükünü dayandıracaq”, – deyə Vuçiç bildirib.
Yeganə























