
"Aİ Baltikyanı və Polşa siyasətinin əsiridir" - Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Avropa İttifaqı (Aİ) əsasən Polşa və Baltikyanı ölkələrin xarici siyasətinin girovudur.
Busaat.az xəbər verir ki, o, Almaniyanın keçmiş kansleri Angela Merkelin Polşa, Latviya, Litva və Estoniyanın 2021-ci ildə Rusiya ilə danışıqları pozması, dolayısı ilə xüsusi əməliyyatın başlanmasına səbəb olması barədə açıqlamasını belə şərh edib.
“Aydındır ki, bir çox xarici siyasət məsələlərində təəssüf ki, Avropa İttifaqı və Brüssel Baltikyanı ölkələr və Varşavanın yürütdüyü quduz siyasətin girovluğundadır”, -deyə Rusiya liderinin mətbuat katibi bildirib.
Peskov əlavə edib ki, Merkelin sözlərində həqiqət ola bilər.
Yeganə























