Aİ Gürcüstana xəbərdarlıq edib: “Rusiya ilə hava əlaqəsini bərpa etməyin”

Aİ Gürcüstana xəbərdarlıq edib: “Rusiya ilə hava əlaqəsini bərpa etməyin”backend

Avropa İttifaqı (Aİ) Gürcüstanı Rusiyaya qarşı sanksiyalardan yayınmağa qarşı ayıq-sayıq olmağa çağırıb və aviasiya sanksiyalarını dəstəkləməyə çağırıb.

Busaat.az xəbər verir ki, bu barədə Novosti-Georgia məlumat yayıb.

Avropa Komissiyasının xarici əlaqələr xidmətinin sözçüsü Piter Stano Gürcüstan və Rusiya arasında birbaşa hava əlaqələrinin bərpası imkanları ilə bağlı müzakirələri şərh edərkən Gürcüstan tərəfinə xəbərdarlıq edib.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Gürcüstan və Rusiya arasında uçuşların bərpası zamanı Gürcüstan hava limanlarında rus şirkətlərinə xidmət göstərən yerli şirkətlərə qarşı sanksiya tətbiq edəcəyini bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90