Aİ-nin yeni anti-Rusiya sanksiyaları hərbçilərə və jurnalistlərə qarşı tədbirləri əhatə edəcək

image-ursula-von-der-leyen-reuters-1561210_2backend

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı növbəti sanksiyalar, digərləri ilə yanaşı, rus ordusu və jurnalistləri də hədəf alacaq.

Busaat.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen cümə axşamı bildirib.

10-cu sanksiyalar paketinə Rusiya Federasiyasının hərbçilərinə və jurnalistlərə qarşı tədbirlər daxil olacaq, o, Avropa Şurasının prezidenti Şarl Mişel və Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

Leyen xatırladıb ki, gələcək sanksiyalar paketinə 10 milyard avro dəyərində məhsulların ixracına məhdudiyyətlər də daxil edilməlidir.

Daha əvvəl fon der Leyen bildirmişdi ki, bu sanksiyalar paketi, xüsusən, Rusiyanın hərbi məqsədlər üçün istifadə edə biləcəyi texnologiyanın Rusiyaya tədarükünə yeni məhdudiyyətlərin tətbiqini mümkün edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90