Aİ rəhbərliyi ABŞ prezidenti Baydenlə görüşəcək

image-usulabackend

Oktyabrın 20-də Ağ Evdə ABŞ prezidenti Co Bayden, Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel və Aİ Komissiyasının sədri Ursula fon der Leyenin iştirakı ilə ABŞ-Avropa İttifaqı Sammiti keçiriləcək.

Busaat.az xəbər verir ki, bu barədə Aİ məlumat yayıb.

Bildirilib ki, ittifaq qurumlarının rəhbərləri ABŞ prezidenti Co Bayden ilə Ukrayna, Rusiya, iqtisadiyyat və texnologiya məsələlərini müzakirə edəcək.

Bəyanatda təhlükəsiz və davamlı təchizat zəncirlərinin yaradılması və qlobal təmiz enerji iqtisadiyyatının sürətləndirilməsi istiqamətində səylərin də müzakirə ediləcəyi, AB ilə ABŞ arasında kritik və inkişaf etməkdə olan texnologiyalar, o cümlədən rəqəmsal infrastruktur və süni intellekt sahəsində əməkdaşlığın müzakirə ediləcəyi qeyd edilib.

Məlumatda iqtisadi dayanıqlığın artırılması və çətinliklərə qarşı atılacaq birgə addımların nəzərdən keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, əvvəlki Aİ-ABŞ Sammiti 2021-ci ilin iyununda Brüsseldə keçirilib. Görüşdə Aİ ilə ABŞ arasında Airbus-Boeing subsidiyaları ilə bağlı ticarət mübahisəsi həll olunub.

Xatırladaq ki, 2021-ci ilin oktyabr ayında tərəflər 3 ildir davam edən polad və alüminium gömrük rüsumları mübahisəsinə həll yolu tapdılar və yeni qlobal davamlı polad tənzimləməsi üzərində birlikdə işləməyə başladılar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90