Bayden çıxışını yarımçıq qoyan iqlim fəalından susmağını istədi

image-baydenbackend

ABŞ prezidenti Co Bayden Arizonada çıxışı zamanı ona mane olan iqlim fəalına qəzəblənib.

Busaat.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti məqalə dərc edib.

Qəzetin yazdığına görə, 2018-ci ildə dünyasını dəyişən keçmiş respublikaçı senator Con Makkeynin adından keçirilən tədbirdə çıxışının kəsilməsinə qəzəblənən Bayden iqlim fəalını danlayıb.

Prezidentin Baydeni yüksək səslə iqlimlə bağlı fövqəladə vəziyyət elan etməyə çağıran  iqlim fəalına reaksiyası salonda gərgin anlara səbəb olub.

Etirazçının “Niyə iqlim fövqəladə vəziyyəti elan etmədin? Çoxlu Arizonalı öldü” sözləri ilə çıxışı yarımçıq qalan Bayden həmin şəxsə “Sussan, bu hadisədən sonra səninlə danışacağam, tamam mı?” deyib.

Qısa gərginlikdən sonra iqlim fəalı mühafizəçilərin müşayiəti ilə zaldan çıxarılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90