Almaniya, Danimarka və İsveç Şimal Axını ilə bağlı fövqəladə vəziyyəti birgə araşdıracaqlar

image-faeserbackend

Almaniya, Danimarka və İsveç “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində baş verən sızmanı araşdırmaq üçün birgə təhqiqat qrupu yaratmaq istəyirlər.

Busaat.az xəbər verir ki, bu barədə Almaniyanın Daxili işlər naziri Nensi Faeser mətbuata açıqlamasında bildirib.

“Bütün sübutlar “Şimal axını”nda təxribat baş verdiyini göstərir. Biz indi Avropa İttifaqı qanunlarına uyğun olaraq Birgə İstintaq Qrupu yaratmaq istəyirik və hər üç ölkə öz nümayəndələrini göndərəcək” – deyə, Faeser bildirib.

Qeyd edək ki, komandanın tərkibinə Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri, polis və kəşfiyyat zabitləri daxil olacaq.

Bundan əlavə, nazir bildirib ki, Almaniya Danimarka, Polşa və İsveçlə birlikdə dəniz sularında patrul xidməti həyata keçirir. Almaniya Federal Polisinin sərəncamında olan bütün gəmilər patrulda iştirak edir.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90