
Almaniyada Putinin şərəfinə medal təqdim olunub
Rusiyanın Almaniyadakı səfirliyində “Compact” jurnalı üçün mətbuat konfransı keçirilib.
Busaat.az xəbər verir ki, konfransda nəşrin baş redaktoru Yurgen Elzaesser Rusiya prezidenti Vladimir Putinin şərəfinə gümüş medal təqdim edib.
“Putinin gümüş medalını təqdim etmək bizim üçün böyük şərəfdir. Həm də prezidentin ad günündə. Bundan yaxşı heç nə ola bilməzdi”, -deyə jurnalist deyib.
Elzaesserin sözlərinə görə, medalın Putinin şərəfinə təqdim edilməsi bütün sülhsevər almanların Rusiya ilə dostluq münasibətləri arzusunun simvoludur.
Yeganə























