Alper Gezeravcının Yer kürəsinə dönüşü təxirə salındı

image-alpergezeravcisanayiveteknolojibakanligi2173794backend

Türkiyənin ilk astronavtı Alper Gezeravcının da yer aldığı Dragon Kosmik gəmisinin Yer kürəsinə qayıdışı Florida sahilindəki əlverişsiz hava şəraiti səbəbindən fevralın 5-nə təxirə salınıb.

Busaat.az xəbər verir ki, SpaceX özünün X sosial media hesabında Ax-3 komandasının Beynəlxalq Kosmik Stansiyadan (BKS) yola salınmasının təxirə salındığı barədə açıqlama verib.

Açıqlamada, Dragon və Ax-3 ekipajının Florida sahillərindəki uyğun olmayan hava şəraiti səbəbindən fevralın 5-dən əvvəl İSS-i tərk etməyəcəkləri bildirilib.

Bəyanatda o da bildirilib ki, komandalar BKS-dən yola düşmə planları ilə bağlı hava şəraitini izləməyə davam edəcəklər.

Xatırladaq ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalıb və 13 fərqli elmi təcrübə həyata keçirib.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib./Trend

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90