Məzmuna keç
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin59 724 $▲1.55%
  • Ethereum1 677 $▲3.58%
  • S&P 5006 910▼3.72%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Gündəm

Ambulansla Bakıya sərnişin daşıyan sürücü ilə bağlı – Rəsmi açıqlama+Video

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Baş Dövlət Yol Polisi İdarəsi təcili tibbi yardım avtomobilində rayon qeydiyyatında olan şəxslərin Bakıya daxil olmasına cəhd edilməsinə münasibət bildirib.

İdarənin Mətbuat katibi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, həmin sürücü Şamaxı yolunun 31-ci kilometrliyində yerləşən müvəqqəti postda saxlanılıb:

“Həmin avtomobildə sürücüdən başqa tibbi personalı olmayıb. Öndə oturan iki nəfər və arxa hissədə olan iki nəfər də rayon qeydiyyatı olan şəxslərdir. Onlar geri qaytarılıb. Sürücünün bu hərəkəti barədə müvafiq orqanlara məlumat verilib. Bununla bağlı həmin qurumlar qərar qəbul etməlidir. Sürücü də operativ nəqliyyat vasitəsi idarə etdiyi üçün saxlanılmayıb. Lakin onun bu hərəkəti bu günlərdə ən çox əziyyət çəkənlərdən biri olan həkimlərin əməyinə ləkə vura bilməz, sadəcə xoşagəlməz bir haldır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=6525