Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft96.59 $▲3.21%
  • WTI neft89.45 $▲3.22%
  • Avropa qazı (TTF)88.74 €▲4.36%
  • Təbii qaz (ABŞ)2.936 $▲0.14%
  • Qızıl4 144 $▼0.14%
  • Gümüş52.85 $▼0.46%
  • Pambıq78.77 ¢▲0.88%
  • Buğda604.00 ¢▲0.71%
  • Bitcoin80 069 $▼0.45%
  • Ethereum2 413 $▼0.39%
  • S&P 5007 689▲1.59%
16°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Siyasət

Amerika və Aİ Ermənistandan geosiyasi mübarizə üçün istifadə edir

image-208
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ümumiyyətlə, ABŞ heç vaxt münaqişəsiz Cənubi Qafqaz regionu ideyasını qəbul etməyib. Çünki münaqişə hər zaman ABŞ-yə imkan verib ki, regionda öz mövcudluğunu təmin etsin və bölgə üçün təhlükəli maraqlarını həyata keçirsin”.

Bunu deputat, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu Busaat.az-a açıqlamasında deyib.

Deputat vurğulayıb ki, ABŞ və Avropa İttifaqı Ermənistandan özlərinin geosiyasi mübarizələri üçün istifadə etmək istəyirlər:

“Ermənistan da artıq özünün belə bir alət rolunu təyin edib. Bunun müqabilində Ermənistana əlavə təhlükəsizlik təminatları vermək niyyətindədirlər. Bu istiqamətdə artıq praktiki addımlar atılmaqdadır. Artıq Azərbaycan özünün güc mövqeyini formalaşdırıb, torpaqlarını Ermənistanın işğalından azad edib. Cənubi Qafqaz regionunun münaqişə potensialını minimuma endirib”.

Müsahibimizin sözlərinə görə, sözsüz ki, Azərbaycanın bu addımı ABŞ tərəfindən qəbul olunmur. Lakin ABŞ məcburdur ki, reallığa uyğun mövqe sərgiləsin:

“Bu baxımdan bu gün də ABŞ sırf deklorativ xarakterli mövqelərdən çıxış etməkdədir. Məsələn, biz bir tərəfdən görürük ki, ABŞ Azərbaycanla Ermənistan arasındakı dialoqu dəstəkləyir. Digər tərəfdən ABŞ-nin beynəlxalq əməkdaşlıq üzrə agentliyinin rəhbəri Samante Pauer Ermənistana səfəri zamanı yenə də Armen Qriqoryanla birgə Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirir”.

Elşad Mirbəşiroğlu: Bu gün də ABŞ sırf deklorativ xarakterli mövqelərdən çıxış etməkdədir

E.Mirbəşiroğlu qeyd edib ki, ABŞ-Ermənistan arasında, xüsusilə təhlükəsizlik sahəsində əməkdaşlıq intensiv xarakter almaqdadır:

“Məsələn, iyun ayının 11-də ABŞ ilə Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında razılaşma imzalandı. Ondan öncə isə aprel ayının 5-də ABŞ-nin dövlət katibi, Avropa İttifaqının rəhbərliyinin və Ermənistanın baş nazirinin iştirakı ilə Brüsseldə görüş baş tutdu. Görüşün məqsədi əsasən ondan ibarət idi ki, Ermənistana əlavə təhlükəsizlik təminatları verilsin. Onda sual olunur ki, Ermənistana kimə qarşı və kimin qarşısında əlavə təhlükəsizlik təminatları verilməkdədir? Sözsüz ki, Ermənistan özünün bir alət rolunda çıxış etməsi müqabilində Azərbaycana qarşı ABŞ-dən dəstək istəyir. ABŞ isə görünür ki, bu dəstəyi ona verməkdədir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=143335