Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 786 $▲0.04%
  • Ethereum2 230 $▼0.28%
  • S&P 5007 377▲0.27%
10°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Cəmiyyət

“Anamla bacım həkimdə idi, evə girib məni döyərək zorladı”

image-1616744288_1616744010_zorlama
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, Gəncə şəhəri Kəpəz rayon sakini, sağlamlıq imkanları məhdud yeniyetmə qız 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalıb və hazırda 7 aylıq hamilədir.

Busaat.az xəbər verir ki, zərərçəkmiş 17 yaşlı R.A. Oxu.az-a açıqlamasında bildirib ki, hadisə ötən ilin avqust ayının əvvəlində, anası ilə bacısı göz həkimində olarkən baş verib:

“Mən də evdə tək idim. Küçəyə su almağa çıxmışdım. Qayıdanda qonşu, 62 yaşlı Rəşidin məni izlədiyini hiss etdim. Evə çatanda o, ardımca girdi, qolumdan tutub döydü və zorladı”.

Qız deyir ki, o, hamilə olduğunu aylar sonra bilib: “Həkim mənə və anama öd kisəmdə problem olduğunu dedi. Yanvar ayında hamilə olduğumu bildik və polisə məlumat verdik. Gəncədəki ekspertizadan sonra yeni rəyin alınması üçün Bakıdakı həkimlərə müraciət olundu. Amma ekspertizanın rəyi hələ də, gəlməyib. Artıq yeddi aylıq hamiləyəm və uşağı istəmirəm. Hamiləliyin sonlandırılması üçün həkimlərə verəcək pulumuz yoxdur”.

Qeyd edək ki, ailə acınacaqlı vəziyyətdə yaşamasını əks etdirən görüntüləri də təqdim edib.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=73090