Anar Məmmədovun oteli kimin nəzarətinə keçib?

image-1479326693_general_11_backend

Nəqliyyat naziri Ziya Məmmədovun məmur karyerasına son verildikdən sonra onun biznes strukturları və nəzarətində olan müxtəlif profilliqurumlar da çökdürüldü. Bu sırada keçmiş nazirin oğlu Anar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Qolf Federasiyasının da adını çəkmək olar. Federasiya 2018-ci ildə fəaliyyət göstərmir. İşçilərin mediaya verdiyi açıqlamada deyilir ki, səbəb Anar Məmmədovun işinin başında olmaması ilə bağlıdır.

“Federasiya fəaliyyətini qurumun rəhbəri Anar Məmmədovun işinin başında olmamasından sonra dayanıb. Çünki Qolf Federasiyası dövlət büdcəsindən maliyyələşməyib. İşçilər də bir neçə ay əmək haqqı almadıqdan sonra işə çıxmaqdan imtina ediblər. İş ondadır ki, Anar Məmmədovun federasiyadan uzaqlaşdırılması üçün xüsusi iclas da keçirilməyib. Hətta, bizdə olan məlumata görə, federasiyanın çoxlu borcu var”, – deyə işçilər bildirib.

Federasiya faliyyət göstərməsə də, Anar Məmmədov hələ də onun rəhbəri kimi qalır. Buna baxmayaraq, Federasiyanın balansında olan Milli Qolf Klubuna nəzarət başqa ələ keçib. Busaat.az-ın əldə etdiyi məlumata görə, hazırda Quba Palace Hotel (Rixos Quba) və Milli Qolf Klubuna nəzarəti energetika naziri Pərviz Şahbazovun yaxın çevrəsi həyata keçirir. Bildirilir ki, onun Əli adlı kürəkəni vaxtaşırı Quba Palace Hoteldə görünür və bura az qala şəxsi obyekti kimi yanaşır.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki