Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.46 $▲4.57%
  • WTI neft88.30 $▲3.55%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.349 $▲2.48%
  • Qızıl3 909 $▼1.79%
  • Gümüş50.35 $▼2.10%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda590.25 ¢▼1.87%
  • Bitcoin70 500 $▼1.05%
  • Ethereum1 998 $▼0.71%
  • S&P 5007 592▼0.33%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Cəmiyyət

Anar ona “Xalq şairi” deyən icra başçısı barədə: "Çox savadlı şəxsdir”

image-1660374689_1660371968_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çox yaxşı, eyni zamanda savadlı şəxsdir”.

Busaat.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq yazıçısı Anar Rzayev Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun onu Xalq şairi kimi təqdim etdiyi görüşdən danışarkən deyib.

Sədr bildirib ki, Əziz Əzizov onu yaxından tanıyır:

“Əziz müəllim çox savadlı adamdır, məni də yaxından tanıyır. Orada tədbirdə çıxış edəndə əsərlərimdən söz açdı. Məni tanımırsa, əsərlərimin adını, orada yazılanlardan necə danışa bilər? Bir texniki səhvdir, görünür, müzakirə etməyə ayrı bir mövzu tapmırlar. O boyda tədbir keçirilib, ondan niyə yazmırlar? Hər bir insan texniki səhv edə bilər”.

Qeyd edək ki, avqustun 10-da Suraxanı rayonunda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Baş İdarənin rəisi İbrahim Əliyev çıxış edib. Tədbirdə hər iki şəxsin Anar Rzayevi Xalq şairi kimi tədim etməsi ilə bağlı sosial şəbəkədə məlumatlar yayılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83591