Ançelotti “Real Madrid”də Zidanın uğurunu üstələdi

image-karlo-ancelottibackend

“Real Madrid” La Liqanın 5-ci turunda evdə “Real Sosyedad”ı məğlub etdi – 2:1. Bu qələbə Karlo Ançelotti üçün Madrid komandasının başında 173-cü qələbə olub. O, Zinəddin Zidanı ötüb və qələbə sayına görə klub tarixində ikinci yerdə qərarlaşıb.

Busaat.az xəbər verir ki, bu barədə Madrid komandasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, rekord 357 qələbə qazanan Migel Munyosa məxsusdur.

Ançelotti La Liqada 112, Çempionlar Liqasında 36, ​​Kral Kubokunda 17, Klublararası Dünya Çempionatında 4, Avropa Superkubokunda 2 və İspaniya Super Kubokunda 2 oyunda qalib gəlib. 64 yaşlı italiyalı ilə “Real” 10 titul qazanıb – iki Çempionlar Liqası, iki Klublararası Dünya Çempionatı, iki Avropa Superkuboku, iki İspaniya Kuboku, bir La Liqa və bir İspaniya Superkuboku.

Karlo Ançelotti 2024-cü ildə Braziliyaya rəhbərlik edəcək. Bu barədə daha əvvəl Braziliya Futbol Konfederasiyasının rəhbəri Ednaldo Rodriqes məlumat verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90