Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.14 $▼0.18%
  • WTI neft91.13 $▲0.33%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)3.021 $▲0.77%
  • Qızıl4 129 $▲1.33%
  • Gümüş53.10 $▲2.22%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▲0.00%
  • Bitcoin74 754 $▲0.04%
  • Ethereum2 137 $▲0.58%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Ankara Ukrayna ilə bağlı danışıqlara ev sahibliyi etməyə hazırdır 

image-resmi_ankara
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın bildirib ki, Türkiyə Ukrayna ilə bağlı danışıqlara ev sahibliyi etməyə və münaqişənin həllində vasitəçilik etməyə hazırdır.

Busaat.az xəbər verir ki, onun sözlərinə görə, son aylarda İstanbulda Ukrayna məsələsi ilə bağlı Moskva və Kiyev arasında üç görüş keçirilib.

“Ankara bu danışıqlarda ev sahibi və vasitəçi kimi çıxış etməyə davam etməyə hazırdır”, – deyə Kalın bildirib.

Qeyd edək ki, Türkiyə rəsmiləri dəfələrlə Ukrayna ilə bağlı danışıqlar üçün platforma təqdim etməyə və münaqişənin həlli yollarının axtarışını asanlaşdırmağa hazır olduqlarını bəyan ediblər. Xüsusilə, prezident Rəcəb Tayyib Ərdoğan mütəmadi olaraq belə təşəbbüslər irəli sürür.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Türkiyə Ukrayna ilə bağlı bütün tərəflər üçün danışıqlar üçün xoş bir məkandır.

Yeganə

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=174173