Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.20 $▼2.12%
  • WTI neft90.36 $▼1.83%
  • Avropa qazı (TTF)89.05 €▼0.66%
  • Təbii qaz (ABŞ)3.031 $▲1.61%
  • Qızıl4 076 $▲0.64%
  • Gümüş52.03 $▲1.20%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.00 ¢▲0.04%
  • Bitcoin75 505 $▼0.61%
  • Ethereum2 223 $▼0.52%
  • S&P 5007 354▼4.36%
12°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

Ankarada "Eko İqlim" zirvəsi davam edir: Aqil Ələsgər Metsamor AES-in təhlükələri barədə danışdı - FOTOLAR

image-whatsapp-image-2022-03-31-at-12-46-29-768x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyənin paytaxtı Ankarada dünyada ilk dəfə olaraq keçirilən “Eko İqlim” iqtisadiyyat və iqlim dəyişikliyi zirvəsi davam edir.

Busaat.az xəbər verir ki, çoxsaylı dövlət və hökumət rəsmilərinin, ictimai qurum və təşkilat rəhbərlərinin, akademiklərin qatıldığı zirvədə Türkiyənin Gənclik və İdman naziri Mehmet Məhərrəm Kasapoğlu çıxış edib.

Zirvə çərçivəsində müxtəlif mövzulu fərqli panellər təşkil edilib.

İnternet Media və İnformasiya Federasiyasının (İMEF) sədr müavini Nizaməddin Bilicinin moderatorluğu ilə keçirilən “Medianın gözü ilə iqlim böhranı” adlı paneldə Balkan Strateji Araşdırmalar Mərkəzinin sədri Rıfat Səid, Almaniya Beynəlxalq İnternet Media və Kommunikasiya Birliyi Dərnəyinin qurucularından Ərdal Altundaş, “Turkish Press” İdarə heyətinin sədri İsmayıl Karakaş, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Balıkəsir Jurnalistlər və Yazarlar Birliyinin sədri Səmra Aman Akyürək və Ədirnə Gənc Sahibkarlar Dərnəyinin İdarə heyətinin sədri Nevsər Əraslan çıxış ediblər.

Çıxışçılar məruzələrində iqlim və ekosistem barədə əhalinin məlumatlandırılmasında medianın roluna diqqət çəkərək mətbuatda bu sahə üzrə maarifləndirici informasiyaların verilmə intensivliyinin artırılmasının vacibliyini vurğulayıblar.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər isə çıxışında Qarabağda ermənilər tərəfindən 30 il ərzində törədilən terrorun iqtisadi və ekoloji tərəflərindən danışıb, mənfur qonşularımızın yalnız azərbaycanlılara deyil, təbiətə də ziyan vurduğundan bəhs edib.

Metsamor Atom Elektrik Stansiyasından da danışan Aqil Ələsgər bildirib ki, sözügedən stansiya birbaşa Türkiyə üçün təhlükə ərz edir.

Çıxışlardan sonra xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, dünyanın 10-a yaxın ölkəsindən və Türkiyənin 81 vilayətindən 21 mindən çox iştirakçının qatıldığı iqlim zirvəsində Azərbaycandan da heyət iştirak edir. Azərbaycan heyəti “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “İnterpress” Media Qrupunun baş direktoru Toğrul Allahverdili, Medianews.az informasiya portalına baş redaktoru Xəyalə Rəis və başqalarından ibarətdir.

www.yenicag.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=74203