Antalyanın İrsi: Qədim yaşayış məskənləri -FOTOLAR

image-4backend
image-ad_qayo_720x110px

Türkiyə turizm cənnətidir. Hər il milyomnlarla turist bu qədim ölkəni ziyarət edir. Türkliyəyə səfər edən turistlərin ölkənin dörd bir yanında olan bu qədim yaşayış məskənləri haqqında öz təssüratlarını paylaşırlar. Hər il Türkiyəyə axın edən turistlərin sayı durmadan artır. Maraqlıdır ki, Türkiyənin kəşf edilməmiş ərazilərəinə belə turistlər axın edir. Qədim yaşayış məntəqələri, antik kəndlərə səfər edən turistlər maraqlı auraya düşdüklərini etiraf edirlər. Hələ qədim dövrdə də məşhur səyyahlar öz qeydlərində Türkiyənin gözəlliyini vəsf edirdilər. Məşhur səyyah Frederik Parat isə Türkiyəni gəzdikdən sonra burana axirətdəki cənnət olaraq qeyd edib. “Bu torpaqlarda olmazmısınızsa, deməli bu dünyada yaşamamısınız”-deyə səyyah qeyd edir. Bu gün dünya turizm mərkəzinə çevrilən Türkiyənin ən seviləm ərazilərindən biri sözsüz ki, Antaliyadır. Antaliyada müasir çimərliklər və otellər yanaşı kəşf edilməyən bir tarix də var.

Bu günkü yazımızda məhz dünyanın cənnəti adlandırılan Antalyanın ən qədim və gözəl insan yaşayış məskənləri ilə sizi tanış edəcəyik.

Olympos Antik Şəhəri, Antalya

Nə zaman inşa edildiyi bilinməsə də, eramızdan əvvəl 167-168-ci illərdə zərb edilən Likya İttifaqı sikkələrində adı keçən Olympos, Likya Birliyində üç səs hüququ olan altı şəhərdən biri idi. Şəhərin sağ qalmış xarabalıqlarının çoxu meşədə ağac və kollarla örtülmüşdür. Bu tikililər Ellin, Roma və Bizans dövrlərinə aiddir. Qədim dövrlərdə şəhəri iki yerə bölən çay yatağı kanalla bağlanmış, onun hər iki tərəfi dayaq kimi istifadə edilmiş və körpü ilə bir-birinə bağlanmışdır. Bu gün də körpünün bir sütunu qalmaqdadır. Çayın mənsəbinə yaxın kiçik və sıldırım akropolda son dövrlərə aid tikili xarabalıqları vardır. Çayın cənub sahilində Ellinistik təməlli və Roma təmirli kiçik teatr çox bərbad vəziyyətdə olsa da, girişin bir tərəfi yaxşı qorunub saxlanılmışdır.

Patara Antik Şəhər, Antalya

Patara Antik yaşayış məskəni indiki Ovagelamış kəndində, Fethiye ilə Kalkan arasında Xanthos vadisinin cənub-qərb ucunda yerləşir. Likiyanın ən əhəmiyyətli və ən qədim şəhərlərindən biridir. Şəhərin indiki xarabalıqlarına inşası eramızın 100-cü illərinə aid olan möhtəşəm və yaxşı qorunmuş Roma zəfər tağıdır. Tağın qərbindəki təpənin yamaclarında Likiya tipli sarkofaqların olduğu qəbiristanlıq sahəsi yerləşir. Yazılardan aydın olur ki, şəhərin ən cənub ucunda yerləşən teatr eramızın 147-ci ildə zəlzələdən sonra yenidən tikilib. Şəhərin digər xarabalıqlarına Vespasian hamamları, Korinf məbədi, əsas küçə, liman və taxıl anbarı daxildir.

Perge antik şəhəri, Antalya

Perge antik şəhəri tarixdə “Parha” adı ilə tanınıb. Tarixi bilgilərə görə Xetlər dövründə mövcud olduğu güman edilən şəhər, Roma Dövründə Anadolunun ən nizamlı şəhərlərindən biri olub. Memarlığı və mərmər heykəltəraşlığı ilə məşhur olan qədim şəhərdə aparılan qazıntılar zamanı ortaya çıxan heykəllər Antalya Muzeyini ən əhəmiyyətli heykəltəraşlıq muzeylərindən birinə çevirib. Pergenin şəhər planının əsasını biri şərq-qərb, digəri isə şimal-cənub istiqamətində uzanan iki əsas küçə təşkil edir. 15 min tamaşaçı tutumuna malik olan teatr çox yaxşı qorunub saxlanılıb. Oturma yerləri ilə üzbəüz, nəfis şəkildə bəzədilmiş iki mərtəbəli səhnə binası eramızın II əsrində tikilmişdir. Şəhərin qədim dövrlərdəki əzəmətini əks etdirən digər tikililər arasında düzbucaqlı planlı agora, hündür qüllələr, monumental fəvvarələr, hamamlar və sütunlu küçələr var.

Phaselis Antik Şəhəri, Antalya.

Eramızdan əvvəl 7-ci əsrdə Rodoslu kolonistlər tərəfindən inşa edildiyi qeyd edilən Phaselis Antik Şəhəri bu gün Antalya Kemer yaxınlığında yerləşir. Bəzən Likya, bəzən də Pamfiliya bölgəsinin şəhəri kimi göstərilən və üç limanı olan şəhər əslində hər iki bölgənin sərhədləri arasında yerləşirdi. Bu günə qədər gəlib çatan xarabalıqlar daha çox Roma və Bizans dövrlərinə aiddir. Bunlar şəhərin əsas oxunu təşkil edən və Şimal-Cənub limanlarını birləşdirən əsas küçənin hər iki tərəfində düzülüb. Küçə aqora ilə teatr arasında genişlənir və kiçik bir meydan əmələ gətirir. Meydanın cənub-şərq küncündəki pilləkənlər teatra və Akropola çıxışı təmin edir. Şəhər teatrı tipik kiçik ölçülü Helenistik dövr teatrıdır. Şimal limanının arxasındakı yamac şəhərin qəbiristanlıq ərazisidir. Bu günə qədər gəlib çatmış ən monumental tikili su kəmərləridir. Şəhərin digər iki mühüm xarabalığı şəhər meydanındakı biri kiçik, digəri böyük iki hamamın xarabalıqlarıdır.

Gələn yazımızda Türkiyənin digər qədim yaşayış məskənləri ilə sizi tanış edəcəyik. Belə bir atalar məsəli var:”Yüz eşitməkdənsə, bir görmək yaxşıdır” Siz də yolunuzu Türkiyəyə salsanız bu qədim yaşayış məskənlərini ziyarət etməklə özünüzü tarixin ağuşunda hiss edəcəksiniz.

image-2 image-3 image-4

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki