“Azərbaycanda bu günə qədər dövriyyədə olan bitkiçilik məhsullarında pestisidlərin qalıq miqdarının norma daxilində olduğu müəyyənləşib”.
Busaat.az xəbər verir ki, bunu Azərbaycan və Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, son illər ölkədə pestisidlərdən istifadə səviyyəsi sürətlə artdığına görə agentlik bitkiçilik təsərrüfatlarının pestisidlərdən düzgün istifadəsində nəzarət mexanizmlərini daha da gücləndirib.